Avropa Birliyi (AB) Türkiyə ilə dialoqu davam etdirməyə hazırdır.
Eurasia Diary Axar.az-a istinadla xəbər verir ki, bunu AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Borrell Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin ötən gün baş tutan video-görüşünün faydalı olduğunu vurğulayıb.
AB rəsmisi eyni zamanda, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu Brüsseldə qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb.
Qeyd edək ki, M.Çavuşoğlunun yanvarın 21-də Brüsselə səfəri planlaşdırılır.