“Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Prezident Arif Alvi | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


“Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Prezident Arif Alvi

Siyasət A- A A+

Pakistan Prezidenti Arif Alvi Qarabağın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını və hökumətini təbrik edib.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə “Radio Pakistan” məlumat paylaşıb.

Arif Alvi ölkəsində səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.

Pakistan Prezidenti ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Prezident Arif Alvi Pakistanın Azərbaycanla ortaq dinə və mədəni əlaqələrə söykənən münasibətlərini yüksək qiymətləndirdiyini qeyd edib.

Pakistanın dövlət başçısı iki ölkə arasında ticarət həcminin genişləndirilməsinin, mədəni və ticarət əməkdaşlığının daha da təşviq edilməsinin vacibliyini vurğulayıb.  

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki ölkə arasında ticarət və mədəni əməkdaşlığı artırmaq üçün böyük potensialın olduğunu söyləyib.  

Ceyhun Bayramov Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədiyinə görə Pakistana təşəkkür edib. XİN başçısı Azərbaycanın bütün beynəlxalq platformalarda Kəşmir məsələsində Pakistanın yanında olacağını qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...