Rusiya XİN: - Azərbaycan və Ermənistan arasında birbaşa təmasları alqışlayırıq | Eurasia Diary - ednews.net

8 Mart, Bazar ertəsi


Rusiya XİN: - Azərbaycan və Ermənistan arasında birbaşa təmasları alqışlayırıq

Siyasət A- A A+

“Biz Azərbaycan və erməni ziyalıları arasında birbaşa dialoqun təşkilini, eyni zamanda iki ölkə arasında humanitar xarakterli birgə tədbirlərin keçirilməsini hər vəchlə alqışlayırıq”.

Eurasia Diary-nin TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bənzər təşəbbüslər barışıq atmosferinin, qarşılıqlı anlaşma və etimadın formalaşmasına imkan yaradar, Azərbaycan və erməni xalqlarının, bütün Cənubi Qafqaz regionunun, həm də Rusiyanın faydasına olar.

Diplomat qeyd edib ki, əgər bu istiqamətdə rəsmi Bakı və İrəvan səmimi addımlar atsalar, Rusiya tərəfi belə humanitar aksiyaları hökmən dəstəkləyəcək.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...