Almaniya hökuməti Rusiyada həbs edilən müxalifətçi Aleksey Navalnı ilə bağlı müraciət edib.
Eurasia Diary Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat paylaşıb.
Verilən məlumata görə, Almaniya Xarici İşlər Nazirliyi Navalnının dərhal azadlığa buraxılmasını tələb edib.
Qeyd edək ki, tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnı zəhərləndikdən sonra müalicə edilməsi üçün Almaniyaya aparılmışdı. Tam sağaldıqdan sonra dünən Rusiyaya qayıdan müxalifətçi hava limanında həbs edilib.