Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi Yaşar Gülər İraqın paytaxtı Bağdadda rəsmi səfərdədir.
Eurasia Diary Qafqazinfo-ya istinadən xəbər verir ki, səfər çərçivəsində müzakirə ediləcək əsas mövzunun terrorla mübarizədə Türkiyə ilə İraq arasındakı əməkdaşlığın olacağı bildirilib.
Akar və Gülərin İraq Prezidenti Bərham Saleh, Baş nazir Mustafa əl-Kazimi və müdafiə naziri Annad Sədun ilə görüşəcəyi qeyd olunub.