“Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib” - Ərdoğan | Eurasia Diary - ednews.net

9 Mart, Çərşənbə axşamı


“Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib” - Ərdoğan

Siyasət A- A A+

“Türkiyənin regional və qlobal gücü artdıqca ölkəmizə olan hücumların artması bir həqiqətdir”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) 9 vilayətdə keçirilən konqresində videokonfrans formatında çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək ortaya qoyduğu güclü iradəni dünyaya nümayiş etdirib: “Türkiyə öz həmlələri ilə zülm və müstəmləkələr üzərində qurulan əsirlik planları kökündən dəyişdirə bilib. Artıq bağlı qapılar arxasında qurulan planlar məsumların qanı bahasına baş tutmur. Bu planları pozan bir ölkə olaraq Türkiyənin masa başında oturmaması mümkündürmü? Kim nə deyirsə desin tarix öz hökmünü verir”, - deyə Ərdoğan qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...