Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə müxalifət partiyaalrı ilə danışıqlar aparmağa çalışır.
Eurasia Diary xəbər verir ki, bu barədə Ermənistanın Hraparak nəşri məlumat yayıb.
Məlumata görə, Çiçəklənən Ermənistan və Parlaq Ermənistan partiyalarına koalisiya formalaşdırmaq təklifi edilib. Danışıqlar eyni zamanda, parlamentdən kənar millət vəkilləri, keçmiş prezidentlər və digər narazı şəxslərlə aparılacaq. Ermənistan hökuməti düşüünr ki, bu onların silahı yerə qoymalarına səbəb ola biləcək.
Burada isə əsas problem odur ki, müxalif düşərgədə bir qrup buna razıdır, digər daha çox tələblər edir, üçüncü qrup isə hər şeyi istəyir. Bunalara görə də Paşinyanın planı tam reallığa çevrilə bilmir.