“Bayden həm senator, həm də vitse-prezident olaraq dəfələrlə Ermənistan dövlət rəsmiləri, ABŞ-dakı erməni icması ilə ünsiyyət qurub və onun mövqeyi həmişə ermənipərəst olub”.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı keçmiş səfirinin müavini Armen Xarazyan deyib.
Xarazyanın sözlərinə görə, gözləntilər odur ki, Baydenlə işlər daha uğurlu davam edəcək.
“Lakin nəzərə almaq lazımdır ki, siyasi xadimin prezident olması bir şeydir, onun senator və ya vitse-prezident olması başqa bir şeydir. Ermənistanın Baydenlə xarici siyasət perspektivləri əlverişlidir, o, həmişə ermənipərəst mövqeyi ilə seçilib”, - deyə o qeyd edib.