Uzun müddətli aradan sonra, Ermənistanın müxalifət liderləri bir araya gələcəklər.
Eurasia Diary xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazıb.
Məlumata görə, görüşlərdə Ermənistanın sabiq Prezidenti Robert Koçaryanın da iştirakı gözlənilir.
Müxalifət liderləri artıq “Vətən Qurtuluş Hərakatı” formatında deyil, yeni formatda mübarizə aparmaq istədiklərini bildiriblər.
Liderlər bir birlərini qərarsızlıqda ittiham ediblər. Belə ki, bəzi müxalif qruplar erkən parlament seçkilərində iştirakı dəstəkləyir, digərləri isə indiki hakimiyyət ilə bu cür razılığa gəlməyi rədd edir.
Verilən məlumata görə, Ermənistanda yerləşən bəzi qurumlar və səfirliklər gizli sorğular keçiriblər və nəticələrə görə Robert Koçaryanın əhali arasında bəyənilmə reytinqi artır.
Həftənin sonuna qədər müxalifətin hansı yol seçəcəyi bəlli olacaq. Müxalifət liderləri baş nazir namizədi kimi Vazgen Manukyanı rədd ediblər.