Ceyhun Bayramov Mövlud Çavuşoğluya təşəkkür etdi | Eurasia Diary - ednews.net

7 Mart,


Ceyhun Bayramov Mövlud Çavuşoğluya təşəkkür etdi

Siyasət A- A A+

27 yanvarda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Eurasia Diary xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.  

Ceyhun Bayramov dəniz quldurlarının hücumuna məruz qalmış gəmi heyətinin öldürülmüş azərbaycanlı üzvünün nəşinin Vətənə gətirildiyini qeyd edib.

O, bu müddət ərzində məsələnin xüsusi diqqətdə saxlanılması, əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçirilməsi və göstərdiyi yardıma görə qardaş Türkiyədən olan həmkarına təşəkkürünü bildirib.

Nazir, həmçinin gəmi heyətinin əsir götürülmüş 15 üzvünün taleyi ilə, həyata keçirilən xilasetmə tədbirləri ilə maraqlanıb və sözügedən Türkiyə vətəndaşlarının tezliklə ölkələrinə geri qayıtmalarını arzu edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...