"Haqlı mübarizəsində Azərbaycanın yanında olmaq lazımdır" - Şentop Xocalı soyqırımından danışdı | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


"Haqlı mübarizəsində Azərbaycanın yanında olmaq lazımdır" - Şentop Xocalı soyqırımından danışdı

Siyasət A- A A+

“Xocalı soyqırımını dünyaya çatdırmaq, haqlı mübarizəsində Azərbaycanın yanında olmaq lazımdır”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop parlamentdə Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə keçirilən foto və rəsm sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.

“Bəşəriyyət tarixində qara ləkə olan Xocalı faciəsini ürəyimizdə yaşayırıq”, - deyə M. Şentop vurğulayıb.

TBMM sədri bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində günahsız insanları hədəf almayıb.

“Türkiyə bundan sonra haqlı mübarizəsində azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”, - deyə M. Şentop qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...