“Başda Şuşa olmaqla, işğaldan azad olunmuş ərazilərə səfər etməyi arzulayırıq” - TBMM sədri | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


“Başda Şuşa olmaqla, işğaldan azad olunmuş ərazilərə səfər etməyi arzulayırıq” - TBMM sədri

Siyasət A- A A+

“Mümkün olacağı təqdirdə işğaldan azad olunmuş ərazilərə səfər etməyi hər zaman istəyirik”.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop jurnalistlərin Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinə mümkün səfərlə bağlı sualını cavablandırarkən deyib.

O, Azərbaycanın Baş naziri ilə görüşdə də bu istəyini ifadə etdiyini vurğulayıb.

“İnşallah, bu ilin sentyabr-oktyabr aylarında Beynəlxalq Sosial Elmlər Konqresinin Gəncədə Türkiyə, Azərbaycan, ABŞ və digər ölkələrdən 400-ə yaxın elm adamının iştirakı ilə simpoziumunu keçirməyi arzu edirik. Simpoziumla əlaqədar olaraq başda Şuşa olmaqla, digər işğaldan azad olunmuş ərazilərə səfər etməyi arzulayırıq”, - deyə Türkiyə parlamentinin sədri qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...