İlham Əliyev - "Bu qanlı cinayət heç vaxt təkrarlanmamalıdır" | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


İlham Əliyev - "Bu qanlı cinayət heç vaxt təkrarlanmamalıdır"

Siyasət A- A A+

"Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın təşəbbüsü ilə bu qanlı hadisəyə öz münasibətini bildiriblər. Bu istiqamətdə işlər davam etdiriləcək".

Eurasia Diary xəbər verir ki, bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.

"Əlbəttə, soyqırımı törədiləndə Azərbaycan informasiya blokadasında idi. O vaxt müasir imkanlar da yox idi. Ona görə də bir çoxları üçün bu məsələ aydın deyildi. O illərdə Azərbaycanın beynəlxalq aləmdə böyük imkanları da yox idi. Bunun müqabilində erməni lobbisi fəal çalışırdı və müharibə ilə bağlı, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatları ötürürdü. Beynəlxalq ictimaiyyətdə müəyyən yanlış fikirlər formalaşmışdı. Bu fikirləri aradan qaldırmaq və təkzib etmək üçün böyük səylər göstərməli idik. Son illər ərzində ardıcıl sürətdə bu fəaliyyəti göstərmişik. Dövlət və ictimai təşkilat olaraq da Heydər Əliyev Fondunun adını çəkmək olar. Belə ki, "Xocalıya ədalət" şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib. Bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumatlar var. Bizim əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt unudulmamasıdır. Nə Azərbaycanda, nə də dünyada. Bu, heç vaxt təkrarlanmasın", - dövlət başçısı əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...