Ərdoğan Azərbaycan xalqına başsağlığı verib | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Ərdoğan Azərbaycan xalqına başsağlığı verib

Siyasət A- A A+

“29 il öncə Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm”.

Eurasia Diary xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazıb.

“İllər keçsə də acısını unutmayacağımız, hüznünü təkrar-təkrar yaşacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı demədən amansızcasına qətlə yetirilən 613 azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Bir millət, iki dövlətik... Türkiyə olaraq haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”, - dövlət başçısı qeyd edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...