"Bu hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş təxribat idi" Azərbaycan XİN Sumqayıt hadisələri ilə bağlı bəyanat yayıb

Siyasət 14:28 28.02.2021

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanatına münasibət bildirib.

Eurasia Diary xəbər verir ki, L. Abdullayeva deyib ki, təəssüf ki, yenidən Ermənistan tərəfinin yalan və iftira dolu bəyanatından söz gedir.

XİN rəsmisi qeyd edib ki, Ermənistan tərəfinin Sumqayıt hadisələri ilə bağlı əsassız iddiaları dəfələrlə cavablandırılıb: "Bu gün bir daha qeyd etmək istərdim ki, 1988-ci il fevralın ayının sonlarında Azərbaycan SSR-in Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və dəqiq planlaşdırılmış təxribat idi. Məlum olduğu kimi, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açılmış, istintaq aparılmış və nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, ümumi sayı 32 nəfərdən ibarət qurbanlar müəyyən edilmişdi; bu xüsusda vurğulamaq istərdim ki, onlardan 6-sı azərbaycanlı idi. Hadisələrin səbəbkarı, yürüşə başçılıq edən və şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən, milliyyətcə erməni olan Eduard Qriqoryan barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplandı. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb, daha sonra isə azadlığa buraxılıb. 27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verildi, həmçinin bir nəfər ölüm cəzası aldı. Müqayisə üçün onu da qeyd etmək istərdim ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan zorla qovulması zamanı 217 azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülmədi".

L. Abdullayeva nəzərə çatdırıb ki, Sumqayıt hadisələri öncəsi (Azərbaycanlıların Ermənistan SSR-dən kütləvi deportasiyası, Dağlıq Qarabağ Muxtar Vilayətində radikal erməni millətçilərinin aqressiv separatçılıq meyllərinin baş qaldırması, Azərbaycan SSRİ ərazisində Dağlıq Qarabağda erməni təcavüzünün ilk qurbanları olan iki azərbaycanlının öldürülməsi) və onun sonrasında baş verənlər aydın şəkildə göstərir ki, bu hadisələr bir zəncirin halqaları idi və əsas məqsəd Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan zorla qoparılaraq Ermənistana birləşdirilməsi planından ibarət idi: "Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini otuz ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan öz təcavüzkar siyasəti çərçivəsində çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Lakin bu cinayətləri törədənlərdən heç kim bu günədək hüquqi məsuliyyətə cəlb olunmayıb. Hazırda bölgədə hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunması ilə real əməkdaşlıq imkanlarının yarandığı bir vaxtda rəsmi Yerevanın konstruktivlik və beynəlxalq hüquqa hörmət əvəzinə yenidən, düşmənçiliyi təşviq edən, iftira dolu açıqlamalarla çıxış etməsi bu ölkənin hakim dairələrində hələ də sağlam düşüncənin çatışmadığını göstərir. Ermənistan tərəfinə xatırladırıq ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub, BMT TŞ-nin 1993-cü il tarixli məlum qətnamələrin icrasını təmin edib və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bölgədə yeni təhlükəsizlik formatı formalaşıb. Belə olan halda, elə Ermənistanın gələcək inkişafı naminə bu bəyanatın icrası ilə bağlı əməli addımlar atmaq, beynəlxalq hüququn prinsiplərinə ciddi riayət edilməsi əsasında xoş qonşuluq siyasəti yürütmək və ya öz öhdəliklərinə qarşı çıxış edərək öz xalqını uçuruma doğru aparmaq artıq Ermənistan tərəfinin edəcəyi seçimdir".

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Hamısı