İran rəsmisi jurnalistin sualından danışdı

Siyasət 16:19 01.03.2021

"İran və Azərbaycan arasında bu gün bölgədə misli görünməmiş yaxınlaşma mövcuddur. Əlbəttə, qədim müştərək tarix və oxşarlıqlar, eləcə də qarşılıqlı potensialı nəzərə alsaq, bu elə belə də olmalıdır. İki ölkə arasında əlaqələr inkişaf tempi üzrə qurulub".

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın İslami İrşad və mədəniyyət nazirinin mətbuat məsələləri üzrə müavini Məhəmməd Xudadi deyib.

İran və Azərbaycanı iki dost və qonşu ölkə adlandıran M.Xudadi iki ölkə arasında əlaqələrin iqtisadi, siyasi və ictimai sahədə yüksək səviyyədə olduğunu vurğulayıb. 

İki ölkənin mətbuat sahəsində də əməkdaşlığını inkişaf etdirmək üçün geniş imkanların olduğunu vurğulayan M. Xudadi qeyd edib ki, "mətbuat sahəsində bizim əsas vəzifəmiz  əlaqələrin artırılması və ikitərəfli münasibətlərdə hər növ anlaşılmazlıqları azaltmağa yönəlməlidir".

İran rəsmilərinin Dağlıq Qarabağ məsələsi ilə bağlı son açıqlamalarına toxunan M.Xudadi qeyd edib ki, İranın bu məsələ haqqındakı mövqeyi həm Ali Rəhbərin, həm Prezidentin, həm XİN rəhbərinin və həm də Azərbaycana qonşu olan əyalətlərdə İmam Cümələrin  mövqeyində əksini tapıb və bu bölgədə olan həqiqətlərin hərtərəfli müdafiə edilməsini göstərir: "İran xalqı həmişə Azərbaycan xalqının yanında olub və bu bir strateji qərardır ki, həmişə rəsmi mövqe göstərən zaman açıq elan olunub".

M.Xudadi qeyd edib ki, KİV-in vəzifəsi şəffaflıq və dostluq yaratmaq, anlaşılmazlıqlara aydınlıq gətirməkdir: "Mən azərbaycanlı həmkarımı İrana səfər etməyə rəsmi şəkildə dəvət etmişəm, özüm də hazıram ilk fürsətdə Bakıya səfər edim, necə ki ötən ay Türkiyəyə səfər etmişdim. İranla Azərbaycan arasında əlaqələr çox dərin və zəngidir. Hər hansı sual və ya xəbər bu əlaqələrə kölgə sala bilməz. Əlbəttə, Azərbaycan və İran xalqının həmrəyliyini istəməyən müxalif qüvvələr var. Həmişə kimlərsə iki ölkənin əlaqələrinin yaxınlaşmasından özünə təhlükə hiss edirlər".  

O bildirib ki, bəzi KİV ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərdiyi halda, bəziləri də əlaqələri korlamağa çalışır: "Azərbaycan və İran arasında əlaqələrin dərin və qədim keçmişə əsaslanmasını nəzərə alaraq düşünmürəm ki, həmin cərəyanlar iki ölkənin əlaqələrinə ziyan vura bilsin. Biz ölkənin KİV-i üzrə məsul şəxs kimi, Azərbaycan hökumətinə müxalif KİV-in ölkəmizdə fəaliyyətinə icazə verməmişik, Azərbaycandan da həmişə bunu gözləyirik".

Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi mətbuat konfransında iranlı jurnalistin sualı ilə bağlı baş verənlərə toxunan M.Xudadi qeyd edib ki, jurnalistin sualı İranın mövqeyi deyil: "İranın mövqeyini bir jurnalist və ya bir mətbu orqanı bəyan etmir. Jurnalistlər öz baxışlarını və aid olduqları mətbu orqanın baxışlarını təmsil edirlər. İranın mövqeyi dövlətin və müxtəlif rəsmilərin Azərbaycan haqqında verdiyi açıqlamalardır".

M. Xudadi bildirib ki, İran KİV-i Azərbaycanla həmrəy, İran Azərbaycanla dostluğa sadiqdir. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında iranlı jurnalistə qərəzli sualına görə irad bildirib.

İranın “Mehr” xəbər agentliyinin əməkdaşının İkinci Qarabağ müharibəsi zamanı regionda terrorçu qrupların mövcudluğuna dair əsassız, heç bir mənbəyə əsaslanmayan sualı ilə bağlı Azərbaycan Prezidenti bildirib ki, deyilən sözün, ittihamın arxasında durmaq lazımdır. Dövlət başçısı jurnalistə spekulyasiya ilə məşğul olmamağı, belə şayiələr yayarkən daha məsuliyyətli olmağı tövsiyə edib.

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Hamısı