YAP-ın Siyasi Şurası ləğv olunub.
Eurasia Diary-nin məlumatına görə, bu barədə YAP-ın bu gün keçirilən qurultayında qərar qəbul edilib.
YAP-ın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb.
Partiyada Veteranlar Şurası yaradılıb. Şura üzvlərinin sayı 35 nəfərdir. Arif Rəhimzadə Şuranın sədri seçilib.
Bundan əlavə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri seçilib.
Qeyd edək ki, bundan əvvəl Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva idi.