Erməni komandirlər rəhbərliyin əmrlərinə tüpürürdü, Azərbaycanlılar havada allahlıq edirdi... Rusiya KİV

Siyasət 20:01 13.03.2021

Rusiyanın “Arqumentı i Faktı” qəzetinin əməkdaşı Ermənistanın paytaxtı İrəvanda olub və təəssüratlarını qələmə alıb.

Eurasia Diary APA-ya istinadən həmin məqaləni ixtisarla təqdim edir:

İrəvanda hara baxsan, arxa şüşəsinə hərbi formalı cavan oğlanların ağ-qara fotoları yapışdırılmış avtomobillər görərsən. Bunlar 44 günlük Azərbaycan-Ermənistan müharibəsi zamanı Qarabağda ölən ermənilərin atalarının, qardaşlarının və ya oğlanlarının maşınlarıdır.

Rəsmi məlumatlara görə 4 min, qeyri-rəsmi məlumatlara görə isə 7 min erməni müharibədə öldürülüb. Üç milyondan az əhalisi olan ölkə üçün bu böyük itkidir.

“Elə bil hər yeri vəba bürümüşdü – müharibə başlayanda səfərbərliklə orduya çağırılmış Armen Mnatsakanyan əlini göstərə-göstərə danışır, iki barmağı yoxdur – Heç döyüşməyə belə macal tapmadım. Cəbhəyə getdim, iki gün sonra postda oturmuşuq, konyak içirik, birdən yüngül vızıltı eşidildi və part! Gözümü açdım ki, hospitaldayam. Məlum oldu ki, pilotsuz uçan aparat (PUA – red.) zərbə endirib. Yoldaşlarım tikə-tikə oldu, mənsə möcüzə nəticəsində sağ qaldım”.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş Qarabağ müharibəsi göstərdi ki, müharibədə təkcə cəsarət kafi deyil. Rəqibin gücünü ayıq başla dəyərləndirməklə yanaşı ciddi intizam və müasir texniki təchizat da gərəklidir.

“Azərbaycan hələ 1994-cü ildən silahlanmağa başlamışdı”. –Ermənistan ordusunun keçmiş kapitanı Suren Ter-Qukasyan etiraf edir: “Təkcə son 9 il ərzində Azərbaycan hərbi müdafiəyə 24 milyard dollar sərf edib, bu ölkə büdcəsinin 11 faizini təşkil edirdi. Azərbaycanlılar Rusiyadan ən yeni vertolyotlar, zirehli daşıyıcılar, tank əleyhinə texnikalar, Türkiyə və İsraildən isə pilotsuz uçan  aparatlar alırdılar. Onların ordusuna ən yaxşı türk, İsrail, Amerika hərbi mütəxəssisləri təlim keçirdilər”.

O, daha sonra erməni xalqının axmaqlıq etdiyini bildirir: “Biz əvvəlki müharibənin eyforiyası ilə yaşayırdıq. Guya yenə müharibə olsa, azərbaycanlılar bu dəfə də darmadağın olub qaçacaqlar. Gülürdük ki, guya azərbaycanlılar vuruşmağı bacarmırlar, qoy cəhd eləsinlər, biz onları bu dəfə Bakıya qədər qovarıq. Bu da gülməyimizin nəticəsi”.

Qarabağdakı təmas xəttində qarşıdurma 26 il boyu davam etsə də, tez-tez atışmalar, snayperlərin “duel”i olsa da belə görünür ki, ermənilər genişmiqyaslı hücuma hazır olmayıblar. Onlar düşmənlə asanlıqla baş edəcəklərinin arxayınlığını yaşayırdılar. Azərbaycanda isə Qarabağın qaytarılması ümummilli məsələyə çevrilmişdi. Mən özüm Bakıda olarkan də bunun əyani şahidi olmuşdum. Azərbaycanlılar uşaq vaxtından belə müharibənin yenidən başlamasını arzulayır və qurban verməyə mənən hazır olduqlarını göstərirdilər. Ermənilər isə bu illər boyu Azərbaycan tərəfinin müasir bahalı silahlar almağına baxaraq lağa qoyur və belə düşünürdülər ki, azərbaycanlılar qorxaqdırlar, bir daha müharibə aparmağa cəsarət etməzlər.

İrəvanın mərkəzindəki kafedə Levon Melkonyanla söhbət edirəm. O, ötən il oktyabrın əvvəlində könüllü olaraq Qarabağda döyüşməyə gedib. Levon rusca bilmədiyi üçün söhbətimiz ingilis və ərəb dillərində gedir. Çünki o, Livanın paytaxtı Beyrutun ermənilər yaşayan məhəlləsində doğulub. “Azərbaycanlılar müharibənin ilk günlərindən havada allahlıq edirdilər. - O xatırlayır, - tank və zirehli texnikanın heç bir köməyi dəymədi: onları pilotsuz aparatlarla vurub yandırırdılar. Komandirlərin məşvərət üçün yığışdıqları sığınacaq və binaları raketlə məhv edirdilər. Döyüş sursatlarını daşımaq olmurdu. PUA-lar döyüş sursatı daşıyan yük maşınlarının ovuna çıxırdılar. Mən sərhəddəki toplama məntəqəsində bir ay qaldım, bizi heç yerə göndərmədilər. Yola çıxan maşınlar hava hücumuna məruz qala bilərdilər”.

Mən bu cür oxşar fikirləri İrəvandakı bir çox döyüşçüdən eşitdim: Ermənistan on minlərlə əsgəri toplasa da onlarla nə etmək lazım olduğunu bilmirdi. Çünki əsgərləri cəbhəyə göndərmək üçün lazımi fürsəti qaçırmışdı. Bundan başa döyüş bölgəsində nizam-intizam da yox idi. Məqalənin əvvəlində söhbət etdiyim könüllü də gizlətmir: ön cəbhədə oturub konyak içirmiş. Aydındır ki, müharibədə spirtli içkisiz  keçinmək çətindir, lakin əsgər Araik Xaçikyan etiraf edir: “Dəhşətli idi axı. Mən səhərdən vurmağa başlayırdım. Çünki əsəblərim PUA-ların törətdiyi partlayışların səsini eşitmək gücündə deyildi. Hətta deyirlər ki, bir yüksək çinli erməni siyasətçisi generallara zəng edərək nəyin bahasına olursa-olsun, hücum etmək əmri versə də, komandirlər rəhbərliyin əmrlərinə sadəcə tüpürürdülər. Və öz bildikləri kimi edirdilər.”

İrəvanın hər küncündə gül-çiçək satılır: “Qırmızı qızıl gül, qərənfil çox bahalaşıb - satıcı Qayane astadan deyir. – Əlbəttə oktyabr-noyabr aylarında hər gün onlarla uşaq dəfn edirdik... Sonra da yas... Qəbir üstünə çiçək qoymaq lazımdır... Bu günə qədər də dəfn edirlər, ölmüş əsgərləri tapırlar... Min beş yüz əsgər itkin düşüb... Mən bir məsələni başa düşmürəm, niyə “İsgəndər”ləri istifadə etmədilər”?

Ermənistan ordusunun eks-kapitanı Suren Ter-Qukasyan isə izahat verir: “Qətiyyən göstərib “İsgəndər”lə Azərbaycanın neft sənayesinə zərbələr endirmək lazım idi. Lakin heç kəsin belə bir əmr verməyə cəsarəti çatmadı. Hamı problemi bir-birinin üstünə atırdı, nəyə arxayın idilər, bilmək olmur”.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı