“Siz Balkanlarda, Çanaqqalada, Qalisiyada vardınız. Qaziantepdə, Şanlıurfada, Maraşda siz vardınız! İstiqlal müharibəsində, Sakaryada, Dumlupınarda, İzmirdə siz var idiniz!”.
Eurasia Diary Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclər Təşkilatının 6-cı qurultayında söyləyib.
“Kiprdən İraqa və Suriyaya, Qarabağdan Liviyayadək – qardaşlarımızın köməyinə getdiyimiz hər yerdə siz var idiniz. Harada bir ay-ulduzlu bayraq ucaldıldısa, onu ora daşıyan da, enməsinə imkan verməyən də sizsiniz. Ölkəmizi bölmək istəyən PKK-lı alçaqların qarşısına çıxan Yasin Börülər, Ərən Bülbüllər də siz idiniz!”, - o bildirib.