“Israel HaYom” qəzeti Azərbaycanın hərbi təlimlərində İsrail silahı xüsusi yer tutacaq

Siyasət 18:10 15.03.2021

Bu gün Azərbaycan Ordusu silahlı qüvvələrin müxtəlif növlərinin iştirakı ilə iri hərbi təlimlərə başlayır. Bu təlimlərdə Bakının sərəncamında olan məşhur Türkiyə və İsrail silahlarından istifadə olunmasına xüsusi diqqət yetiriləcək.

AZƏRTAC xəbər verir ki, israilli məşhur jurnalist Din Şmuel Elmasın adı çəkilməyən bir hərbi mənbəyə istinadla yazdığı və İsraildə çıxan nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc edilmiş məqaləsi bu mövzuya həsr edilib.

Məqalə müəllif vurğulayır ki, hərbi təlimlərdə İsrail istehsalı olan müxtəlif hərbi vasitələrdən istifadə ediləcək.

Din Şmuel Elmasın fikrincə, Azərbaycan ordusu hərbi hava qüvvələri səviyyəsində “Aeronautics” şirkətinin istehsal etdiyi “Orbiter” silahlarının müxtəlif modellərindən istifadə edəcək.

Adının çəkilməsini istəməyən hərbi mənbə “Israel HaYom” nəşrinə müsahibədə deyib: “Kəşfiyyat məlumatlarının toplanması üçün uzun müddət havada qalması nəzərdə tutulan “Hermes-450” və “Hermes-900” pilotsuz uçuş aparatlarından, habelə ən uğurlu vasitələrindən biri – Vətən müharibəsində Azərbaycanın tətbiq etdiyi, IAI şirkətinin istehsalı olan “Harop” PUA-dan istifadə ediləcək. Bizim istifadə edəcəyimiz başqa silahlar da var. Onlar ölkələrimiz arasında həqiqi dostluğun rəmzinə çevrilib”.

Məqalə müəllifi vurğulayır ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi altında keçiriləcək təlimlərdə 10.000-dən çox əsgər, 100-ə yaxın tank və zirehli texnika, təqribən 200 raket və artilleriya qurğusu, müxtəlif raket kompleksləri, minaatanlar, qırıcı təyyarələr, habelə müxtəlif tipli pilotsuz uçuş aparatları iştirak edəcək.

Müəllif daha sonra yazır: “İrimiqyaslı hərbi təlimlər Vətən müharibəsi dövründə Azərbaycan əsgərləri və zabitləri üçün əla təcrübənin bir hissəsi olacaq. Məlum olduğu kimi, bu müharibə Azərbaycan üçün böyük uğurla başa çatdı, lakin Qələbədən arxayınlaşmayan Azərbaycan Ordusu öz silahlı qüvvələrini daha da təkmilləşdirməyə çalışır. Hərbi təlimlər çərçivəsində müxtəlif bölmələr – artilleriya, hərbi hava qüvvələri və xüsusi təyinatlı qoşunlar arasında koordinasiya və hərtərəfli döyüşün sürətli təşkili üsulları öyrəniləcək. Təlimlərin cümə axşamı başa çatacağı gözlənilir.

İsrail-Azərbaycan münasibətləri üzrə ekspert, “İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut “Israel HaYom” qəzetinə müsahibəsində deyib: “Cənubi Qafqaz regionunda Azərbaycanın çoxvektorlu xarici siyasətində İsrail dövləti xüsusi yer tutur. Bir neçə il bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana tarixi rəsmi səfəri və Vətən müharibəsində İsrailin real texnoloji və hərbi-texniki dəstəyi bir daha təsdiq etdi ki, İsrail ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

Ermənilər həsəd apara, təxribatlar və əsassız informasiya yayımı ilə məşğul ola bilərlər, lakin indi tarixi fakt belədir ki, İsrailin müdafiə şirkətləri Azərbaycanda hərbi sənaye yaradılmasında fəal iştirak ediblər və bu iştirak davam edir.

İsrail ilə səmimi və uzunmüddətli münasibətlər Azərbaycan üçün çox vacibdir, İsrail dövləti də Azərbaycan ilə öz münasibətlərini qoruyub saxlayır və yüksək qiymətləndirir. Məhz bu səbəbdən həmin münasibətlər strateji xarakter daşıyır. İsrail Cənubi Qafqazda özünün mühüm geosiyasi və geostrateji tərəfdaşının qələbəsinə həmişə sevinib”.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Hamısı