Prezident Ərdoğan Suriyada sülh və sabitliyin yenidən bərqərar olması Qərbin Türkiyəyə dəstəyindən asılıdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya böhranının 10-cu ili ilə bağlı “Bloomberg” agentliyi üçün məqalə yazıb.

Siyasət 18:23 15.03.2021

R.T.Ərdoğan məqalədə Türk ordusunun keçən il bu vaxtlar Suriyada müxalifətin son qalası olan İdlibə yeni bir hücumu dayandırmaq və günahsız insanların yurdlarından didərgin salınmasının və ya öldürülməsinin qarşısını almaq məqsədilə Suriya rejiminin mövqelərinə müdaxilə etdiyini xatırladıb, milyonlarla insanın həyatının xilas edildiyini qeyd edib.

Ərdoğan bu dövr ərzində Türkiyəyə təriflər yağdıran ölkələrin qismən koronovirus epidemiyasının təsiri ilə Suriyadakı humanitar böhranı unutduğunu ifadə edib:

“Vətəndaş müharibəsi Qərbin növbəti vicdani böhranınadək ‘köhnə xəbər’ statusuna qayıtdı. Demokratiya, azadlıq və insan hüquqlarının yenidən dəb olduğu bu günlərdə insanlığın Suriyadakı icraatları səmimiyyətimizin ölçüsü olacaq. Regionda sülh və sabitliyin yenidən bərqərar edilməsinin Qərbin Türkiyəni səmimi və güclü bir şəkildə dəstəkləməsindən asılı olduğuna inanıram”.

Suriya böhranının 10-cu ilində sadəcə demokratiya, azadlıq və insan hüquqlarını tələb etdikləri üçün yüz minlərcə insanın öldürüldüyünün və işgəncəyə məruz qaldığının, milyonlarla insanın didərgin düşdüyünün xatırladılmalı olduğuna diqqət çəkən prezident Ərdoğan sözlərinə belə davam edib:

“Əsəd rejimi və tərəfdarlarının bu qanuni tələbləri məhv etmək cəhdi terrorizm və nizamsız mühacirət kimi ağır nəticələrə səbəb oldu. Bir çox ölkə müxtəlif səbəb və ya bəhanələrlə Suriyadakı münaqişəyə qarışsalar da faciənin başlanğıc nöqtəsini qaçırdılar. Nəticə olaraq, Yaxın Şərqin ən əhəmiyyətli ölkələrindən biri heç vaxt bitməyəcəkmiş kimi görünən bir qırğının ortasında tək qoyuldu. Qürurla deyə bilərəm ki, Türkiyənin mövqeyi Suriyada vətəndaş müharibəsi başlayandan bəri heç dəyişməyib. Türk milləti hesab edir ki, bütün suriyalıları təmsil etmə qabiliyyətinə malik bir siyasi sistem qurulması sülh və sabitliyin yenidən bərqərar olması üçün çox vacibdir. Suriya xalqının ən əsas insan ləyaqəti tələblərinə cavab verməyən bütün planları rədd edirik. Çünki bu kimi variantlar böhranı daha da dərinləşdirəcək. Eyni zamanda Suriyanın ərazi bütövlüyünə və siyasi birliyinə hörmət edilmədən dinc yolla davamlı bir həllin mümkün olmadığını vurğulayırıq”.

R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyası (AK Parti) hökumətinin son 10 ildə sözlərini əməlləriylə gücləndirdiyini bildirib:

“Türkiyə bir yandan milyonlarla qaçqına sığınacaq verib, digər tərəfdən isə İŞİD başda olmaqla Suriyada fəaliyyət göstərən terror təşkilatlarına qarşı hərbi qüvvələrindən istifadə edən ilk ölkə olub. Terrorçulardan təmizlənən ərazilərdə təhlükəsizlik zonaları yaratdıq; orada ümidin yenidən cücərməsi üçün səbir və qətiyyətlə bütün lazımi addımları atdıq. Təəssüf ki, yerli tərəfdaşlarımız olan ‘mülayim müxaliflər’  İŞİD və digər terror təşkilatı olan PKK-nınməğlub edilməsindəki əmək və fədakarlıqlarına baxmayaraq mütəşəkkil bir qarayaxma kampaniyasının hədəfi olmuşdur. Türkiyənin yerli ünsürlərlə birlikdə yaratdığı təhlükəsizlik zonaları qonşumuzun gələcəyinə olan bağlılığımızın sübutudur. Bu bölgələr həm barış və sabitlik adaları, həm də özünü təmin edən ekosistemlər halına gəlib. Hüquq-mühafizə orqanlarının formalaşdırılması və təhsili, elektrik və su kimi infrastrukturun yaxşılaşdırılması, məktəb və xəstəxanaların yenidən açılması kimi əsas layihələri həyata keçirdik”.

Türkiyənin eyni zamanda 2019-cu ildə BMT Baş Assambleyasındaaçıqladığı plana əsasən Suriyada sığınacaqlar inşa edərək bölgədə uzun illərdir yaşanan sığınacaq problemini aradan qaldırdığını ifadə edən Türkiyə prezidenti “Ölkəmiz bütün bu tədbirləri həyata keçirərək Avropanı nizamsız miqrasiya və terrordan qoruyub, NATO-nun cənub-şərq sərhədinin təhlükəsizliyini təmin edib.Etdiklərimiz dəyərlərimizi əks etdirməkdədir: Türkiyənin məzlumların ümidi, günahsızların himayədarı və məsələnin açarı olması iddiamızı dəstəkləməkdədir.”, – deyib.

Qərbin üç variantının olduğuna diqqət çəkən Ərdoğan sözlərinə belə davam edib:

“Birinci variant Suriyada yaşanan hadisələri tribunadan izləyərək daha çox günahsız insanın həyatını itirməsidir. Bu yanaşma nəinki Qərbin əxlaqi iddialarını zəiflədər eyni zamanda terrorizm və nizamsız miqrasiya kimi yeni təhdidlər meydana gətirərək beynəlxalq təhlükəsizliyə və Avropanın siyasi sabitliyinə zərər verər. İkinci variant qalıcı bir həll üçün tələb olunan bütün hərbi, iqtisadi və diplomatik səyləri göstərməkdir. 10 ildir heç bir ciddi addım atmayan Qərb liderlərinin belə bir niyyəti olduğuna inanmaq üçün heç bir səbəb yoxdur.

Son və ən məqbul variant isə Qərbin Türkiyəni dəstəkləməsi, minimum xərc və maksimum təsir ilə Suriyada məsələnin həllinin bir parçası halına gəlməsidir. Burada konkret gözləntimiz bəllidir. Qərbin əvvəlcə təhlükəsiz bölgələrə hücum edən və əli qanlı rejimi dəstəkləyən YPG-yə qarşı açıq bir mövqe nümayiş etdirməsinə ehtiyac var. Bunun əvəzinə Suriyanın qanuni müxalifətinə lazımi dəstək göstərilərək sülh və sabitliyə investisiya qoyulmalıdır. Bundan əlavə Qərb ölkələrinə humanitar böhrana son qoyulması məsələsində öhdəliklərinə düşən məsuliyyəti yerinə yetirmələriüçün çağırış edirik. Türkiyənin yükünün paylaşılmaması Avropaya yeni köç dalğaları ortaya çıxara bilər. Nəhayət, Qərbin Suriyanın daxilindəki təhlükəsiz bölgələrə sərmayə qoymasını və bu sülh layihəsini açıq şəkildə dəstəkləməsini tələb edirik. Suriya üçündemokratik və firavan gələcək alternativinin olduğunu bütün dünyaya göstərmək məcburiyyətindəyik.”

Ərdoğan məqaləsini “Türkiyə humanitar yardımlara liderlik edərək,terror təşkilatlarına qarşı ön sıralarda yer alaraq və diplomatik proseslərə aktiv töhfə verərək Suriyada lazım olanı edə biləcək tək ölkə olduğunu sübut edib. Bayden höküməti seçki kampaniyasında verdiyi vədlərə əməl edərək Suriyadakı faciəni sonlandırmaq və demokratiyanı müdafiə etmək üçün bizimlə birlikdə çalışmalıdır. Türk milləti suriyalı qonşularının mənafelərinə xidmət edən, regional sülh və sabitliyə töhfə verən hər cür təşəbbüsü dəstəkləməyə hazırdır“, – sözləri ilə tamamlayıb.

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Xəbər xətti

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Hamısı