“Qarabağla bağlı üçtərəfli bəyanatın həyata keçirilməsi münaqişənin həlli üçün əsas ola bilər”.
Eurasia Diary-nin “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Ermənistana səfəri çərçivəsində xarici işlər naziri Ara Ayvazyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, təşkilat üçtərəfli bəyanatın imzalanmasından sonra bölgədə dəyişən vəziyyəti yaxından izləyir.
Onun sözlərinə görə, bir sıra məsələlər hələ tam həll olunmayıb, bu baxımdan ATƏT və beynəlxalq ictimaiyyət öz üzərinə düşən rolu oynamalıdır.
ATƏT sədri qeyd edib ki, beynəlxalq təşkilatların nümayəndələrinin münaqişə bölgəsinə sərbəst girişinin təmin edilməsi vacibdir.