Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.
Eurasia Diary Report-a istinadən xəbər verir ki, hökumət başçısı təbrik müraciətini feysbuk səhifəsində yayıb.
İ.Qaribaşvili qeyd edib ki, Novruz bayramı yeni il və yeni həyatın başlanğıcının simvoludur:
"Azərbaycanlı vətəndaşları gözəl bahar bayramı münasibətilə təbrik edirəm. Onların hər birinə əmin-amanlıq, xoşbəxtlik, tərəqqi və firavanlıq arzulayıram".