Avropa İttifaqının 25-26 mart tarixinə təyin olunmuş sammiti videokonfrans formatında təşkil ediləcək.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bundan əvvəl Avropa İttifaqının sammitinin Brüsseldə ənənəvi formada keçirilməsi planlaşdırılsa da, koronavirusa yoluxma göstəricilərinin artması ilə əlaqədar videokonfrans formatında təşkil olunacaq.
Sammitin gündəliyinə pandemiya ilə mübarizə və vaksinasiya prosesinin sürətləndirilməsi, o cümlədən Türkiyə və Rusiya ilə münasibətlərin müzakirəsi daxildir.