İsrail nəşri: Azərbaycanlılar Novruz bayramını işğaldan azad olunmuş Qarabağda qeyd edirlər

Siyasət 21:14 22.03.2021

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı - bahar bayramı şərəfinə Azərbaycanın Vətən müharibəsi zamanı erməni işğalından azad edilmiş strateji əhəmiyyətli tarixi Şuşa şəhərində tonqal yandırıb.

Şuşaya səfər zamanı hərbi geyimli Prezident Əliyevi həyat yoldaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızları Leyla Əliyeva müşayiət edirdi.

AZƏRTAC xəbər verir ki, israilli məşhur jurnalist Din Şmuel Elmas bu haqda İsraildə çıxan nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində yazıb.

Məqalənin müəllifi qeyd edir ki, Prezident İlham Əliyev Şuşada Cıdır düzündə çıxış edərək deyib: “Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq”.

Müəllif vurğulayır ki, Novruz tonqalını yandırmaq üçün məhz Şuşadan bir qədər cənubda yerləşən Cıdır düzünün seçilməsi təsadüfi deyil.

Dövlət başçısı Azərbaycan xalqına müraciətlə deyib: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.

İlham Əliyev sonda vurğulayıb: Qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan! Şuşa Azərbaycandır! “Qarabağ Azərbaycandır!”

İsrail-Azərbaycan münasibətləri üzrə ekspert, “İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut, “Israel HaYom” nəşrinə müsahibəsində deyib: “Azərbaycan Qarabağda müharibənin 44 günlük Vətən müharibəsində qalib gəldikdən, Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad etdikdən sonra builki Novruz Azərbaycan üçün əsl bahar bayramıdır”.

Azərbaycan xalqının milli ruhunun ən parlaq ifadəsi olan Novruz bayramı sovet rejimi illərində təqiblərə məruz qalırdı, hakimiyyət onun rəsmən qeyd olunmasını qadağan edirdi.

Arye Qut deyib: “Baharın gəlişinin bayram kimi qeyd edilməsi ənənəsi bizim əcdadlarımızdan yadigar qalıb. Biz, əslən Azərbaycandan olan İsrail sakinləri ulu babalarımızın daxili dünyasının sərvətini göstərən, əsrlərin sınaqlarından keçmiş, milli orijinallığı ilə seçilən gözəl adət və ənənələri əbədiləşdirən bu ümumxalq bayramını əsrlər boyu sevinclə qarşılayırıq”.

Arye Qut vurğulayıb: “Mən bilirəm ki, Şuşa Azərbaycanın şanlı tarixini, Vətən uğrunda canlarından keçmiş cəsarətli oğulların və qızların qoçaqlığını yada salaraq ağlayırdı,. Azərbaycan öz cəsarətli əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində bu yaxınlarda bu gözəl tarixi şəhərə qayıtdı və onu erməni işğalından azad etdi. Azərbaycanlılar Şuşanın itirilməsi ilə heç vaxt barışmazdılar, azərbaycanlılar onların hamısı üçün müqəddəs olan Şuşaya qayıtmalı idilər və qayıtdılar!”

Prezident Əliyevin bu bayramı Şuşada qeyd etməsinə gəlincə, Arye Qut deyib: “Azərbaycanda builki Novruz bayramını qalib dövlət kimi, Cənubi Qafqazın aparıcı ölkəsi və əsl lideri kimi qeyd edirlər”.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı