Bakıda Prezident İlham Əliyevin Xankəndinə, Xocalıya, Əsgərana, Ağdərəyə, Xocavəndə və s. təyin etdiyi yeni icra başçılarıyla keçirəcəyi müşavirəni səbirsizliklə gözləyirik...
Xəbər verildiyi kimi, Azərbaycanın Qarabağ torpaqlarındakı separatçı-terrorçu rejimin başçısı, barəsində Azərbaycan hüquq mühafizə orqanları tərəfindən cinayət işi qaldırılaraq İnterpolla axtarışa verilmiş Araik Arutyunyan martın 25-də Laçın dəhlizindən - Azərbaycan dövlət sərhədindən rahatca keçərək yenidən İrəvanda peyda olub.
Ermənistan paytaxtında baş nazir Nikol Paşinyan və Arayik Arutyunyanın başçılığı altında məsul dövlət idarələri rəhbərlərinin iştirakı ilə Qarabağda həyata keçirilən proqramların müzakirəsi keçirilib.
Bu barədə "Armenpress" ə baş nazirlik ofisinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla məlumat yayıb.
Paşinyan çıxışında Qarabağdakı ermənilərin rahat həyatının təmin olunmasını özünün əsas vəzifələrindən biri hesab etdiyini bir daha vurğulayıb. Araik isə Yuxarı Qarabağda guya artıq 120 min erməninin yaşadığını və müharibədən sonra Ermənistanda qalan 30 min nəfərin də geri qaytarılaraq normal həyat şəraiti ilə təmin olunmasının vacibliyi haqda çərənləyib...
Müsbət hal odur ki, Araiklə Paşikin son görüşlərində artıq başları üzərində separatçı rejimin əski parçası asılmır.