Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 2-də MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək.
Eurasia Diary Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində digər mümkün görüşlər arasında Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə təması da planlaşdırılır", - deyə o bildirib.