Aprelin 4-də dünyada Beynəlxalq mina təhükəsizliyi məsələləri üzrə maarifləndirmə və minatəmizləmə fəaliyyətinə yardm günü qeyd olunacaq. Azərbaycan üçün bu mövzu daha aktualdır. Belə ki, son dörd ayda işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində dinc sakinlər həlak olub və yaralanıblar.
Lakin buna baxmayaraq, erməni tərəfi hələ də minalanmış ərazilərin xəritələrini verməkdən imtina edirlər. Niyə və hansı maraqlar əsasında? Yaxud bu cür davranışlara qarşı hansı beynəlxalq təsir imkanları mövcuddur?
Eurasia Diary SİA-ya istinadən xəbər verir ki, sözügedən mövzu ilə bağlı rusdilli Caliber saytına rusiyalı hərbi ekspert, kimyəvi və bioloji silahlar üzrə ekspert, BMT-nin bioloji silahlar üzrə komissiyasının keçmiş üzvü İqor Nikulin müsahibə verirb.
Ermənistanda müharibənin yenidən başlamasını hesab edən güclər var
Onun sözlərinə görə, piyada əleyhinə minaların qadağan edilməsi ilə bağlı ilər əvvəl şahzadə Diana çıxış edirdi. Bu mövzu ilə bağlı konvensiyada da hazırlanırdı. Lakin onun ölümündən sonra həmin mövzu unuduldu.
Qarabağdakı situasiyaya gəlincə, ekspert bildirib ki, əgər atəşkəs haqqında razılı əldə olunubsa, bu zaman mina sahələri ictimailəşdirilməlidir. Ancaq görünür hansısa faktorlar var ki, buna mane olur.
Mane olan mümkün faktorlar barədə danışan Nikulinə görə, Ermənistanda müharibənin yenidən başlamasını hesab edən güclər var, onlar hər şeyi geri qaytarmaq istəyirlər. Onun fikrincə, məhz bu kimi düşünənlər minalanmış ərazilərin xərtələrinin verilməməsində maraqlıdırlar. “Onda nəyə görə sirrlər açılmalıdır?”, deyən ekseprt digər faktor barədə də danışıb: “Qarşılıqlı etimadsızlıq faktoru da var ki, bu, düşünülmüş və doğru həllin qəbuluna maneə törədir və minalanmış sahələrin xəritələrini başa-baş dəyişməyə imkan vermir. Lakin həll yolunu tapmaq, kompromisə getmək mütləq lazımdır”.
Təəssüf ki, buna görə öz doğma torpaqlarına geri dönən dinc əhali həyatını itirir
“Azərbaycanın dəyişməyə heç nəyi yoxdur. Azərbaycan Ermənistanın ərazilərini minalamayıb. Belə çıxır ki, bu Ermənistan tərəfinin şantaj elementidir?” sualını cavablandıran İqor Nikulin də eyni fikri bölüşdüyünü bildirib: “Əlbəttə. Bu şantajdır, erməni tərəfinin ticarətidir ki, hər –hansı zəmanət qazanmaq istəyir. Ancaq çox təəssüf ki, buna görə öz doğma torpaqlarına geri dönən dinc əhali həyatını itirir”.
Qoşulmama hərəkatı bu istiqamətdə iş apararsa onda BMT-də mümkün səsverməyə də təsirini göstərə bilər
Hərbi ekspert BMT-nin mina məsələləri ilə bağlı sıx fəaliyyət göstərməsi və bununla bağlı hansısa yardım göstərməsi məsələsinə də toxunaraq bildirib ki, BMT-nin reaksiyasına güvənmək olar, amma nəzərə alınsa ki, məsələ ilə bağlı komissiyalar müzakirələr aparacaq və s. bu uzunmüddətli bir prosesdir: “BMT bürokratik strukturdur. Lakin mübarizə aparmaq və BMT-yə müraciətlər etmək lazımdır. Bunun üçün problemin humanitar aspektini hədəfə götürmək vacibdir. Axı orada atəşkəs imzalanıb və münaqişədə iştirak etməyən insanlar əziyyət çəkirlər”.
Nikulin Azərbaycanın 120 ölkənin daxil olduğu Qoşulmama hərəkatının üzvlüyünün də əhəmiyyətli olduğunu bildirib və qeyd edib ki, əgər hərəkat bu istiqamətdə iş apararsa onda BMT-də mümkün səsverməyə də təsirini göstərə bilər.