ABŞ tarixində ilk dəfə müsəlman federal hakim ola bilər.
Eurasia Diary Olaylar.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden ölkə tarixində ilk dəfə müsəlman birinin federal hakimliyə namizədliyini irəli sürüb.
Belə ki, C. Bayden tərəfindən adları açıqlanan 11 hakim namizəd arasında Pakistan əsilli Zahid Qureyş də var. O, Nyu Cersi federal hakimliyinə namizəd göstərilib.
Zahid Qüreyşi Senatın təsdiqini alacağı təqdirdə ölkə tarixindəki ilk müsəlman federal hakim olacaq. ABŞ prezidenti, bundan əlavə 3 qaradərili və 1 asiyalı qadını hakimliyə namizəd göstərib.