ABŞ Çin ilə yeni bir Soyuq Müharibəyə başlayır və qazanmaq üçün yeni “super silah” axtarır.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “New York Times” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Müəllif yazır ki, ilk soyuq müharibə dövründə ABŞ-da sosialist bloku - kommunizmə qarşı işləyən “gizli silah” var idi. Bu “görünməz köməkçi”yə görə SSRİ qalib gələ bilmədi.
Məqalədə qeyd olunur ki, Soyuq Müharibə hazırda ABŞ və Çin arasında gedir. Buna görə hələ mövcud olmayan yeni “super silah”a ehtiyacı var. Müəllifin sözlərinə görə, Pekin və Tehran arasındakı silah və kəşfiyyat mübadiləsi ABŞ üçün ciddi təhlükə ehtiva edir.