Küveytdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Səfirliyin Bəyanatı dərc edilib

Siyasət 16:20 01.04.2021

Küveytin “Dasmannews.com” elektron media portalında “31 Mart Azərbaycanlıların Soyqırımının ildönümü günü ilə bağlı Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin Bəyanatı” başlıqlı məlumat dərc edilib.

Məqalədə qeyd edilir ki, “Hər il 31 mart tarixində Azərbaycan Respublikası 1918-ci ildə ermənilər tərəfindən törədilən azərbaycanlıların soyqırımı gününü anır. Xalqımızın üzləşdiyi bu soyqırım Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biridir”.

Hadisənin tarixi və siyasi aspektinə toxunularaq göstərilir ki, “Azərbaycan tarixi son iki əsrdə erməni ultra millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə, soyqırım və təcavüz siyasətindən qaynaqlanan faciələr və qanlı hadisələrlə dolu ağrılı və acılı mərhələlərin şahidi olmuşdur. Bu millətçi siyasətin əsas məqsədi azərbaycanlıların tarixi yurdlarından didərgin salınmsı və ermənilərin iddia etdikləri - "Böyük Ermənistan" dövlətinin qədim Azərbaycan torpaqlarında qurulması idi. Tarixi dəlillər sübut edir ki, çox sayda erməninin İran və Türkiyədən köçürülməsi və Azərbaycanın böyük strateji əhəmiyyətə malik Dağlıq Qarabağ bölgəsinə yerləşmə prosesi XIX  əsrin əvvəllərində başlamışdır.

Çar Rusiyasının müstəmləkə siyasətinin ayrılmaz hissəsi olan məskunlaşma və köçürülmə siyasəti XIX əsr boyunca davam etdi və beləliklə bölgənin demoqrafik tərkibində dəyişiklik oldu. Ermənilərin bu bölgəyə yerləşdirilməsi və sayının artması  onların iyirminci əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarına ərazi iddialarının və təcavüzkar siyasətlərinin ortaya çıxması ilə nəticələndi.

O dövrdə böyük ölkələrin dəstəyi nəticəsində ermənilər azərbaycanlıları öldürmə, talan, məhv etmə və qorxutma yolu ilə evlərini tərk etməyə məcbur etdilər və deportasiyaya məruz qoydular.

"Daşnaksutyun" partiyasının proqramında göstərilən "Böyük Ermənistan" ideyasını reallaşdırmaq üçün 1905-1906-cı illər ərzində ermənilər dinc Azərbaycan əhalisinə qarşı qırğınlar törədirdilər, onları amansızca öldürürdülər. Bakı, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Ordubad, Şərur-Dərələyəz, Tbilisi, Zəngəzur, Qazax şəhər və kəndlərini və digər bölgələri yandırırdılar. Erməni silahlı birləşmələri Şuşa, Zangzur və Cəbrayıl  bölgələrində və İrəvan və Gəncə əyalətlərində 200-dən çox azərbaycanlı yaşayış məntəqəsini məhv etdilər və dağıtdılar. Bu da on minlərlə soydaşımızın öz evlərindən didərgin düşməsinə səbəb oldu.

Çarizmin dəstəklədiyi ermənilər Birinci Dünya Müharibəsi illərində azərbaycanlıların məhv edilməsinə yenidən başladılar. Belə ki, Daşnaksütun Partiyası və Erməni Milli Konqresi Rusiyada 1917-ci ilin fevral və oktyabr hadisələrindən sonra fəaliyyətlərini genişləndirdilər. Eyni zamanda, Qafqaz işləri üzrə fövqəladə müvəqqəti komissar Stepan Şaumyan 1917-ci ilin dekabrında azərbaycanlıların kütləvi şəkildə öldürülməsini təşkil etməyə başladı. Erməni silahlı birləşmələri İrəvan əyalətində 197 kəndi, Zəngəzur mahalında 157 kəndi dağıtdılar və yandırdılar.

1918-ci ilin əvvəllərində, yəni Mart qırğınından əvvəl S.Şaumyana bağlı erməni silahlılarının sayı 20.000 nəfərə çatmışdı. Bolşeviklərin himayəsi altında Şaumyan  Bakının komissarı oldu. Həmin ilin 30 martında erməni bolşevik silahlı birləşmələri gəmilərdən atılan top güllələri ilə Bakını hədəfə aldılar. Daha sonra Daşnak partiyasının silahlı üzvləri dinc azərbaycanlıların evlərinə hücum edərək onları amansızcasına qətlə yetirdilər. 31 mart və aprel ayının ilk günlərində silahlı bolşevik erməni birləşmələri təkcə Bakıda 30 min dinc sakini öldürmüşdülər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılır və amansızca qətlə yetirilirdilər”.

Eyni vəhşiliklər, dağıntılar, qətllər Bakı və Abşeron ərazisi ilə yanaşı indiki Ermənistan ərazisində, Zəngəzur, Naxçıvan, Qarabağ bölgələrində, İrəvan, Lənkəran, Quba, Şuşa, Şamaxı, Kürdəmir, Şərur, Ordubad, Qars  şəhərlərində də həyata keçirildi. 2007-ci ildə Qubada kütləvi məzarlığın tapılması ermənilərin vəhşiliyini sübut edən dəlillərdən biridir.

O dövrdə Azərbaycan Demokratik Respublikası hökuməti ermənilərin törətdikləri böyük cinayətləri araşdırmaq üçün xüsusi bir istintaq komitəsi yaratdı. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu işlər tamamlana bilmədi. Yalnız 80 ildən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qərarı ilə 26 Mart 1998-ci il tarixində hadisələrə siyasi və hüquqi qiymət verildi və 31 Mart tarixi "Azərbaycanlıların soyqırımı günü” elan edildi.

1905 - 1907 - 1918 - 1920 - 1948-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə kampaniyaları sistemli şəkildə davam edib. Bu siyasət 1989-1993-cü illər arasında Ermənistanın Azərbaycana hərbi təcavüz etməsi və bütün Qarabağ bölgəsini özünə tabe etməsi ilə özünün pik həddinə çatdı.

1989 - 1993-cü illər arasında Erməni təcavüzkarları müdafiəsiz Azərbaycan vətəndaşlarına qarşı etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirdilər və sakinləri boşaldılmış şəhərləri dağıtdılar, bir milyondan çox Azərbaycan vətəndaşı  qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Onlar bu illər ərzində ağır həyat şəraitində yaşadılar.

Erməni təcavüzkarları işğal etdikləri Azərbaycan torpaqlarında məscidləri və digər tarixi-mədəni abidələri dağıtdılar və təhqir etdilər.

Ermənilər həmişə pis niyyətli və uydurma təbliğat apararaq dünya ictimaiyyətini aldatmağa çalışırlar və Azərbaycanı ermənilərə qarşı düşmən siyasət yürüdən bir ölkə və ermənilərin isə yazıq məzlum xalq olduğunu göstərməyə çalışırlar. Amma həqiqət budur ki, ermənilərin özləri 100 ildən çoxdur ki, Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirirlər. Azərbaycan hökuməti və xalqı hər il “31 Mart - soyqırım günü”nü xatırlayır və beynəlxalq ictimaiyyəti ermənilərin qan tökməsini pisləməyə çağırır.

Bundan əlavə bildirmək istərdik ki, Azərbaycandakı dini icmaların liderlərinin “31 mart soyqırımı münasibətilə beynəlxalq ictimaiyyətə müraciəti” “Q8-press.com” saytında dərc edilib.

•  https://dasmannews.com/2021/03/31/%d8%a8%d9%8a%d8%a7%d9%86-%d8%b3%d9%81%d8%a7%d8%b1%d8%a9-%d8%ac%d9%85%d9%87%d9%88%d8%b1%d9%8a%d8%a9-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%81%d9%8a-%d8%af%d9%88%d9%84%d8%a9-%d8%a7%d9%84/

•  https://www.q8-press.com/%d8%b2%d8%b9%d9%85%d8%a7%d8%a1-%d8%a7%d9%84%d8%b7%d9%88%d8%a7%d8%a6%d9%81-%d8%a7%d9%84%d8%af%d9%8a%d9%86%d9%8a%d8%a9-%d9%81%d9%8a-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%8a%d9%86%d8%a7/

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı