“Müharibə Ermənistanın və onun səlahiyyətlilərinin əhalimizin təhlükəsizliyini təmin etmək baxımından köməksiz vəziyyətini göstərdi”.
Eurasia Diary Ordu.az-a istinadən xəvər verir ki, bunu erməni ictimai xadim Karen Ohancanyan deyib.
Ohancanyanın sözlərinə görə, Ermənistan hökuməti üç rəhbərin 9 noyabr tarixli bəyanatının tələblərinin yerinə yetirilməsini tələb etməlidir, bu bəyanatla erməni arzusunun sonunun, Ermənistanda siyasi düşüncənin deqradasiyasının başlanğıcı qoyulub.
“Nə bölgədə, nə də dünyada müttəfiqlərimiz yoxdur”, - deyə Karen Ohancanyan əlavə edib.