“2020-ci il sentyabrın 27-də bizə məcbur edilmiş müharibə böyük bir siyasi proyektin kiçik hissəsi idi”.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi xadim Avetik Çalabyan deyib.
“Bu müharibə bu böyük zəncirin bir halqası idi, razılaşdırılmış olub-olmadığını isə zaman göstərəcək, Ermənistanla maraqlanan qüvvələrin bu müharibəni gördüyümüz sonluğa çatdırmaq üçün Türkiyəni, Azərbaycanı nə dərəcədə dəstəklədiklərini görəcəyik. Güman edirəm ki, bu cür dəstək olub”, - deyə o bildirib.
Çalabyan qeyd edib ki, Sünik müharibəsiz Azərbaycanın tərkibinə keçəcək, Sünikin taleyinə İrəvanda qərar verirlər.