“Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri Cahid Baxçı Azərbaycanı tanıyan və sevən bir həmkarımızdır”.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirib ki, bu günə qədər Türkiyə və Azərbaycan arasında münasibətlərinin inkişafı üçün çox çalışıblar: “Əminəm ki, yeni səfirmiz bu münasibətlərin inkişafı üçün bizdən daha çox çalışacaq”.