“Siyasi partiyalar haqqında” Qanuna əsaslı dəyişikliklər gözlənilir.
Bu barədə Modern.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Anar İsgəndərli məlumat verib. O bildirib ki, 1992-ci ildə qəbul olunmuş qanunda kifayət qədər boşluqlar var:
"Hazırda bütün partiyaların, siyasi hərəkat nümayəndələrinin iştirakı ilə müzakirələr gedir. Köklü islahat aparılacaq və hamının maraqlarını təmin edən bir qanun hazırlanacaq. Bu barədə komitə sədri, vitse-spiker Fəzail İbrahimlinin məlumatı var, öz işçilərimizə də bildirmişik. Müzakirələrdə respublikada olan bütün siyasi hərəkat, siyasi partiya, qeyri-hökümət təşkilatlarının iştirakı təmin olunacaq.
Hazırlanan qanunda partiyalarla bağlı əsas qərarlar öz əksini tapacaq. Sonra maliyyə məsələləri var. Qısa müddət ərzində bütün partiyalara qərargahlar verildi. Bu o deməkdir ki, uğurlu işlər aparılır".