"Bu çox emosional bir səfər olacaq" - Metyu Brayza Ağdama ziyarətindən danışdı | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


"Bu çox emosional bir səfər olacaq" - Metyu Brayza Ağdama ziyarətindən danışdı

Siyasət A- A A+

"Mən Ağdamda 12-13 il əvvəl olmuşam və dağıntı və xarabalıq vəziyyətinin məni sarsıtdığını xatırlayıram”.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, bunu ADA Universitetinin beynəlxalq analitiklər qrupunun tərkibində Ağdam rayonuna yollanacaq ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Müharibə zamanı nələrin baş verdiyini daha yaxşı anlamaq üçün beynəlxalq mütəxəssislər qrupu ilə Ağdama yola düşürəm. 12-13 il əvvəl Ağdamda olmuşam və orada olduğum zaman dağıntı və xarabalıq vəziyyətindən sarsıldığımı xatırlayıram. Heç indi də orada vəziyyətin yaxşı olmadığını ehtimal edirəm. Bu çox emosional bir səfər olacaq”, - o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...