"Çox şey Ermənistanın nə dərəcədə konstruktiv olacağından asılıdır" - Stanislav Pritçin | Eurasia Diary - ednews.net

8 May, Şənbə


"Çox şey Ermənistanın nə dərəcədə konstruktiv olacağından asılıdır" - Stanislav Pritçin

Siyasət A- A A+

“Prezident İlham Əliyevlə çox müsbət görüşümüz baş tutdu. Çox açıq bir dialoq idi, Prezident dərhal bütün sualları cavablandırmağa başladı və heç birini cavabsız qoymadı”.

Eurasia Diary xəbər verir ki, bu fikirləri “Report”a rusiyalı politoloq, “Avrasiya İnkişafı” ekspert mərkəzinin icraçı direktoru Stanislav Pritçin bu gün ADA Universitetində Azərbaycan Prezidentinin iştirakı ilə keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransı şərh edərkən bildirib.

“Ümumiyyətlə, bu açıq formatdır, fərqli qitələrdən fərqli baxışları olan mütəxəssislər iştirak etdi. Fikrimcə, bu, çox müsbət haldır. Ümumiyyətlə, münaqişənin həlli konturları, bölgənin gələcəyi, qırmızı xətlər, risklər və Azərbaycanın narahatlıqları qeyd olundu. Mənə elə gəlir ki, müzakirəmiz əsnasında Azərbaycanın yanaşması və gələcəyə baxışı haqqında ümumi bir mənzərə əldə etdik. Burada, Prezidentin də dediyi kimi, bir çox məsələlərdə top artıq Ermənistanın tərəfindədir və çox şey onun yanaşmasının nə dərəcədə konstruktiv və praqmatik olacağından asılıdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...