Paşinyan Ermənistanın müharibə itkilərini açıqladı | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


Paşinyan Ermənistanın müharibə itkilərini açıqladı

Siyasət A- A A+

“Hələ də DNT testinin nəticələrinə inanmaqdan imtina edən ailələr var və bu insanların hissləri başadüşüləndir”.

Eurasia Diary Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ Müharibəsində öldürülən erməni hərbçilər barədə danışarkən deyib.

Paşinyanın sözlərinə görə, İkinci Qarabağ Müharibəsi zamanı öldürülən erməni hərbçilərin təsdiqlənmiş sayı bu günə kimi 3621 nəfərdir: “Söhbət ölüm sənədi verilən hərbçilərdən gedir”

Paşinyan itkin düşənlərin sayının 321 nəfər olduğunu deyib: “Bundan əlavə, 201 nəfərin qalıqları DNT analizi mərhələsindədir”.

Baş nazir 100-dən çox cəsədin tanındığını, ancaq yaxınlarının araşdırmanın nəticələrini qəbul etməkdən imtina etdiklərini və bu insanların hisslərinin başa düşülə biləcəyini söyləyib. Həmin valideynlər hələ də övladlarının sağ olduğuna, əsarətdə saxlanıldığına və geri dönəcəklərinə inanırlar.

Paşinyan ümumi ölüm sayının 4000-4050 nəfər arasında olacağını bildirib.

Ermənistan müxalifəti isə Paşinyanı yalan danışmaqda suçlayıb, itkilərin rəsmi rəqəmlərdən çox olduğunu bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...