“Yunanıstanla bütün problemləri müzakirə etməyə hazırıq”.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.
O bildirib ki, Türkiyə və Yunanıstan arasında dialoqun aparılması üçün üçüncü tərəfə ehtiyac yoxdur.
M. Çavuşoğlu bu gün Yunanıstan XİN başçısı Nikos Dendiasın Ankaraya səfər edəcəyini xatırladıb.