Ermənilər nə düşünür - Qarabağ, Azərbaycanla dinc yaşayış, yeni müharibə... | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


Ermənilər nə düşünür - Qarabağ, Azərbaycanla dinc yaşayış, yeni müharibə...

Siyasət A- A A+

Qafqaz Tədqiqat Resurs Mərkəzi 2021-ci ilin mart ayında Ermənistanda sosial sorğu keçirib. Sosioloji sorğunun məqsədi ermənilər arasında regionda sülh, Qarabağda yeni müharibə və Dağlıq Qarabağ münaqişəsini həlli ilə bağlı ictimai rəyin öyrənilməsi olub.

Eurasia Diary-nin Qafqaz Tədqiqat Resurs Mərkəzinin məlumatına istinadən açıqlamasına görə, ermənilərin 72 faizi azərbaycanlılar ilə sülh şəraitində yaşamağın mümkün olmadığını hesab edir. Ermənilərin 36 faizi yeni Qarabağ müharibəsinin baş verməsindən çəkinir. 24 faizi isə müharibənin hələ bitmədiyini hesab edir. Qarabağ münaqişəsinin həllinə gəlincə, ermənilərin 35 faizi hesab edir ki, münaqişənin həlli Ermənistan hökumətindən asılıdır. 33 faizi Rusiya, 32 faizi digər süper güclərdən asılı olduğunu bildirir.

Erməni ictimaiyyəti həmçinin Ermənistan, Azərbaycan və Türkiyə arasında gələcək dəhlizin yaradılmasına da münasibət bildirib. Ermənilərin 53 faizi yeni dəhlizin və nəqliyyat marşrutunun yaradılmasına mənfi münasibət bildirib. 59 faiz dəhlizin açılmasının Ermənistanın təhlükəsizliyinə təhdid olduğunu vurğulayır.

Digər maraqlı məlumat isə rus sülhməramlılarına münasibətdir. Sorğuya görə, ermənilərin 52 faizi rus sülhməramlılarına etibar edir, 25 faizi isə etibar etmir. 10 noyabr bəyanatına əsasən Dağlıq Qarabağda rus sülhməramlılarının qalma müddəti 5 ildən sonra bitir. Lakin ermənilərin 47 faizi sülhməramlıların Qarabağda hələ uzun müddət qalacaqlarını hesab edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...