Paşinyanın komandası Azərbaycanla dostluq və əməkdaşlıq müqaviləsi hazırlayır - Mikael Minasyan | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


Paşinyanın komandası Azərbaycanla dostluq və əməkdaşlıq müqaviləsi hazırlayır - Mikael Minasyan

Siyasət A- A A+

Nikol Paşinyanın komandası hazırda Azərbaycanla dostluq və əməkdaşlıq haqqında müqavilənin hazırlanması ilə məşğuldur. Obıvatel dilində bu, sülh müqaviləsi adlanır.

Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan özünün Teleqram-kanalında yazıb.

Minasyan qeyd edib ki, bu razılaşma üzərində işi başa çatdırmaq üçün Nikol Paşinyana, iyun ayında keçiriləcək seçkilər zamanı əldə edəcəyinə ümid bəslədiyi nəzarət olunan bir parlament lazımdır.

"Bundan başqa, bu işdə o, bütün xarici oyunçuların-Türkiyənin, Rusiyanın, Azərbaycanın, susan ABŞ-ın, Fransa və Böyük Britaniyanın dəstəyindən istifadə edir. Hətta Sorosun qlobalist layihəsi də bu prosesi dəstəkləyir. Bütün xarici oyunçular Ermənistanın gələcəyi bahasına bölgəni blokdan çıxarmağa hazırdırlar”, - deyə o vurğulayıb.

 

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...