Navalnının həkimindən açıqlama - "Hər an ölə bilər” | Eurasia Diary - ednews.net

14 May, Cümə


Navalnının həkimindən açıqlama - "Hər an ölə bilər”

Siyasət A- A A+

Həkimlərin məlumatına görə, Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalnının səhhəti kəskin şəkildə pisləşib.

Həkim Aşıxmin Facebook-da yazıb ki, “Xəstəmiz hər an ölə bilər”.

Bu barədə Gordon nəşri məlumat yayıb.

Vasilyeva, Aşıxmin, habelə neyrocərrah Aleksey Erlix və oftalmoloq Aleksey Kaşeyev, 15 aprel tarixində test nəticələrini alaraq, Navalnının vəziyyəti barədə açıq bir məktubla Rusiya Federasiyası Cəza İcra Xidmətinin direktoruna müraciət ediblər. Həkimlər həbsxanaya gəlməyə, danışıqlar və məsləhətləşmələr təşkil etməyə hazır olduqlarını bildiriblər.
Həbsxanadan cavab verilməyib.

Moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...