İlham Əliyev Pakistanla daha bir sazişi təsdiqlədi | Eurasia Diary - ednews.net

14 May, Cümə


İlham Əliyev Pakistanla daha bir sazişi təsdiqlədi

Siyasət A- A A+

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Eurasia Diary xəbər verir ki, 2021-ci il yanvarın 13-də İslamabad şəhərində imzalanmış Saziş təsdiqlənib.

Qeyd edək ki, sənədə əsasən, sazişin müddəalarının həyata keçirilməsi məqsədilə tərəflər Birgə İşçi Qrup yaradaraq, qrup üzvlərinin sayını, tərkibini, funksiyalarını və iş qaydalarını müəyyən edəcək. Saziş qüvvəyə mindikdən sonra Birgə İşçi Qrupu əməkdaşlıq üzrə kompleks plan işləyib hazırlayacaq və təsdiq edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...