Rusiya müxalifətinin lideri Aleksey Navalnını Vladimir vilayətində saxlanıldığı 2 nömrəli islah əmək müəssisəsindən məhbuslar üçün nəzərdə tutulan xəstəxanaya köçürülüb.
RBK-dan verilən xəbərə görə, bu barədə Rusiya Cəzaların İcrası Federal Xidməti məlumat yayıb yayıb.
Bildirilib ki, həkimlər ona “vitamin terapiyası” müalicəsi təyin ediblər: “Hazırda Navalnının səhhəti normal dəyərləndirilir. Hər gün onu həkim-terapevt müayinə edir. Pasiyentin razılığı ilə ona vitamin terepiyası təyin olunub”.