Ermənistan Prezidenti Armen Sərkisyan Zəngəzura gəlib.
Eurasia Diary Teleqraf.com-a istinadən xəbər verir ki, o, səfəri çərçivəsində Gorus, Sisyan, Xndzoresk, Artaşen və Karaxunj rayonlarının kəndlərinin rəhbərləri ilə görüşüb.
Görüşdə bölgədə müharibədən sonrakı vəziyyət, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.
Kəndlərin rəhbərləri Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı təhlükəsizlik məsələsini “prioritet problem” kimi təqdim ediblər. Onların sözlərinə görə, yerli sakinlərin əsas məşğuliyyəti maldarlıqdır, lakin sərhəd xətlərinin işarələnməsindən sonra bir çox otlaq və əkin torpaqları Azərbaycan ordusunun nəzarətinə verilib.
Onlar bunun əhalinin onsuz da çətin olan sosial-iqtisadi vəziyyətini daha da pisləşdirdiyini deyiblər.