Qələbə paradı Putin üçün biabırçılıq olacaq - Rusiyalı tarixçi - VİDEO | Eurasia Diary - ednews.net

19 İyun, Şənbə


Qələbə paradı Putin üçün biabırçılıq olacaq - Rusiyalı tarixçi - VİDEO

Siyasət A- A A+

Qələbə paradı Putin üçün növbəti biabırçılıq olacaq .

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bunu “Obozrevatel”ə müsahibəsində rusiyalı tarixçi Andrey Zubov deyib.

“Sözsüz ki, Qələbə paradı Putin üçün növbəti biabırçılıq olacaq. Nasist Almaniya üzərində qələbə paradı Putin və onu Lukaşenko tipində əhatə edən tiranların toplantısına çevrilib. Yəqin ki, Qazaxıstandan, Ermənistandan kimsə gələcək. Ermənistanda tiraniya yoxdur, amma əvəzində Rusiyanı müttəfiq kimi Azərbaycan və Türkiyə qarşısında itirmək qorxusu var”, – deyə o bildirib.

Onun sözlərinə görə, Putinin sayəsində Rusiya artıq tam təcrid edilib. O, buna görə, Putinin yaxın tərəfdarlarının belə onu lənətlədiyini bildirib.

Zubov Rusiyanın “zəfər” nağıllarının rejim gedənə qədər davam edəcəyini söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...