"Putin Türkiyənin Cənubi Qafqaz və Qarabağdakı maraqlarını qəbul edib" - Elxan Şahinoğlu | Eurasia Diary - ednews.net

16 İyun, Çərşənbə


"Putin Türkiyənin Cənubi Qafqaz və Qarabağdakı maraqlarını qəbul edib" - Elxan Şahinoğlu

Siyasət A- A A+

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda danışıqlar apardığı saatlarda Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışması və onunla Qarabağı müzakirə etməsi təsadüfi deyil."

Eurasia Diary xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Şahinoğlunun fikirincə, Moskvanın Qarabağla bağlı nəsə “yeni təşəbbüsü” varsa bunu yalnız Parislə deyil mütləq Ankara ilə də müzakirə etməlidir.

"Görüşlə bağlı yayılan xəbərdə belə bir cümlə var: “Prezidentlər Ağdamda yerləşən Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti və münaqişə zonasında bütün hərbi fəaliyyətlər kontekstində Dağlıq Qarabağ nizamlanması probleminə toxunublar”.

Ümumiyyətlə Rusiya prezidentinin türkiyəli həmkarıyla tez-tez zəngləşməsinin və müzakirələrinin müsbət tərəfi odur ki, Kreml sahibi Türkiyənin Cənubi Qafqazdakı, Azərbaycandakı və Qarabağdakı maraqlarını qəbul edib. Rusiya Türkiyənin rəyini nəzərə almadan Qarabağda gizli fəaliyyətin onun üçün mənfi nəticələrini hesablamaq məcburiyyətindədir. Moskvanın Qarabağla bağlı nəsə “yeni təşəbbüsü” varsa bunu yalnız Parislə deyil mütləq Ankara ilə də müzakirə etməlidir. Odur ki, əgər Lavrov bölgəyə hansısa yeni “təkliflərlə” gəlibsə bundan Azərbaycan və Ermənistanla yanaşı Türkiyənin də xəbəri olmalıdır. Moskvada bilirlər ki, Ankaranı zamanında məlumatlandırmasalar, bunu onsuz da Bakı edəcək", deyə politoloq qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...