İnsan qatilləri heç bir şəkildə qəhrəman kimi təqdim edilə bilməz - Xarici işlər naziri Ceyhun Bayramov | Eurasia Diary - ednews.net

16 İyun, Çərşənbə


İnsan qatilləri heç bir şəkildə qəhrəman kimi təqdim edilə bilməz - Xarici işlər naziri Ceyhun Bayramov

Siyasət A- A A+

“Faşizmin qəhrəmanlaşdırılması heç bir şəkildə qəbul edilə bilməz. Ermənistanın BMT qətnaməsinə qoşulmasına baxmayaraq, ölkədə Qaregin Njdenin kultu mövcuddur, küçələr və məktəblər onun adını d “Faşizmin qəhrəmanlaşdırılması heç bir şəkildə qəbul edilə bilməz. Ermənistanın BMT qətnaməsinə  baxmayaraq, ölkədə Qaregin Njdenin kultu mövcdaşıyıruddur, küçələr və məktəblər onun adını daşıyır”.

EurasiaDairy xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Bayramovun sözlərinə görə, bu problem Njdenin qəhrəmanlaşdırılması ilə məhdudlaşmır: “Ermənistanda beynəlxalq terrorçular qəhrəmanlaşdırılır, onlardan biri Monte Melkonyandır”.

Nazir Yerevandakı Holokost abidəsinin fevralda təhqir edildiyini və apreldə Mahatma Qandinin abidəsinin yandırıldığını xatırladıb: “Bütün bunlar bu problemin Ermənistan cəmiyyətində nə qədər dərin yer tutduğundan xəbər verir. Onlar bunun nə ilə nəticələnəcəyini düşünməlidirlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...