ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, hazırkı Amerika lideri Co Bayden "zəifliyi" və Qüdsə lazımi dəstəyin olmaması İsraildə gərginliyin artmasına səbəb olub.
İnterfaks-dan verilən məlumata görə, müvafiq bəyanat eks-prezidentin yeni saytında dərc edilib.
"Bu vəzifəni icra etdiyim zaman, bizim prezidentliyimiz dövrü dinc dövr kimi tanınırdı, çünki İsrailin müxalifləri ABŞ-ın İsrailin tərəfində olduğunu və İsrailə hücum olacağı təqdirdə dərhal qisas alınacağını bilirdilər.
Bayden dövründə dünya daha qəddar və qeyri-sabitdir, çünki Baydenin zəifliyi və İsrailə dəstəyin olmaması müttəfiqlərimizə qarşı yeni hücumlara səbəb olur", Tramp deyib.