“Türkiyə qapanmadan normallaşma dövrünə keçir” - Ərdoğan | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


“Türkiyə qapanmadan normallaşma dövrünə keçir” - Ərdoğan

Siyasət A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə tətbiq olunan qapanmadan sonra normallaşma prosesinin başlayacağını açıqlayıb.

Eurasia Diary Qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan bu barədə Ramazan ayının bitməsi münasibətilə etdiyi telemüraciətdə bildirib.

"Pandemiyanı nəzarət altına alaraq Ramazan bitdikdən sonra idarə olunan normallaşmaya başlamaq üçün addımlar atacağıq",-deyə o qeyd edib.

O, səlahiyyətlilərin 2020-ci ilin sonuna qədər yoluxma problemini həll etməyi planlaşdırdıqlarını, bununla birlikdə pandemiyanın yeni dalğalarının təkcə Türkiyəyə deyil, bütün dünyaya təsir etdiyini və Türkiyənin məhz bu səbəbdən məhdudiyyətləri yenidən tətbiq etməli olduğunu qeyd edib.

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxma tempinin artması səbəbi ilə aprelin 29-dan mayın 17-nə kimi tam qapanma elan olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...